Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybol klublarının ölkə çempionatında yarımfinalçılar müəyyənləşib 

Martın 30-da kişi voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 20-ci turun oyunları keçirilib və bununla da çempionatın yarımfinalçıları müəyyənləşib. Reqlamentə görə, yekun turnir cədvəlində ilk 4 yeri tutan klublar yarımfinalda mübarizəni davam etdirmək hüququ qazanıblar. 

Son turda aşağıdakı nəticələr qeydə alınıb:

"ORDU" - "Gənclər" - 3:2 (23:25, 22:25, 25:16, 25:19: 15:6);

"Neftçi" - "AZERRAİL" - 2:3 (25:22, 20:25, 25:17, 23:25, 12:15);

"Murov Az Terminal" - "Xilasedici" - 0:3 (17:25, 23:25, 19:25);

Beləliklə, ilk 4 pillədə yer alan "Xilasedici", "Neftçi", "ORDU" və "Murov Az Terminal"  yarımfinalda iştirak etmək hüququ qazanıb.

Aprelin 7-də baş tutacaq 1/2 finalda aşağıdakı cütlər qarşılaşacaqlar:

"Xilasedici" - "Murov Az Terminal";

"Neftçi" - "ORDU".

Reqlamentə görə yarımfinalda cütlər iki dəfə qarşılaşacaqlar (ev və səfər oyunu). İki oyunda qalib aşkarlanmasa, cütün taleyini qızıl set həll edəcək.

Yarımfinaldan fərqli olaraq, final və bürünc medal uğrunda görüş bir oyundan ibarət olacaq.

20 turdan sonra yekun turnir cədvəli aşağıdakı kimidir:

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin