Boksçularımız Əhməd Comərd turnirində iştirak edəcəklər
Martın 30-da Türkiyənin İstanbul şəhərində boks üzrə ənənəvi Əhməd Comərd beynəlxalq turnirinə start veriləcək. 7 gün davam edəcək turnirdə Azərbaycan boksçular da rinq döyüşünə çıxacaqlar. ABF-dən verilən məlumata görə, qurumun baş katibi Naqi Səfərovun rəhbərliyi altında sözügedən turnirə qatılacaq Azərbaycan komandasının heyətinə Ucal Musayev, Elburus Kərimli (hər ikisi 60 kq), Cəlal Qurbanov (65 kq) və Vüqar Məmmədov (70 kq) cəlb edilib.
Komandanın nümayəndə heyətində məşqçilər - Ayaz Baxşəliyev və Elnur Kərimli, eləcə də hakimlər - Yasəf Quliyevlə Şaban Sahpələngov yer alıb.
İNTİQAM Məmmədov


