Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Muşketyorumuz Palina Kaspiariviç DK-da üçüncü olub 

Özbəkistanın paytaxtı Daşkənddə qadınlar arasında qılıncoynatmanin sablya növü üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Dünya Kubokunun mərhələ yarısında fərdi çıxışlar başa çatıb. Qeyd edək ki, turnirə qatılan 4 təmsilçimizdən yalnız biri - Palina Kaspiariviç inamla mübarizə apararaq mükafatçılar sırasında yer alıb.

AQF-dən verilən məlumata görə,yalnız finala çıxışda bolqarıstan təmsilçisi Yoana İliyayevə (6:15) uduzan Palina çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. O, bürüncə aparan yolda Özbəkistan, Venesuela, Ukrayna və İspaniya təmsilçisini məyus edib.

Digər musketyorlarımıza gəlincə, zədədən sonra yenicə siraya dönən Anna Başta əsas mərhələdə, Zemfira Hüseynova və Səbinə Kərimova isə pley-offda mübarizəni dayandırıb.

Martın 30-da komanda yarışlarına start veriləcək. Millimiz ilk oyunda ABŞ-lə üzləşəcək. Bu oyunda qalib gələcəyi halda adını səkkizliyə yazdiracaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin