Hüseyn Novruzov "Türkiyə Open"dən qızıl medalla dönüb
Türkiyənin Antalya şəhərində böyüklər arasında taekvondonun pumse növü üzrə sayca 13-u dəfə "Türkiyə Open2026" (13-cu Uluslarası Türkiyə Açıq Taekvondo Turnavasi) beynəlxalq turnir keçirilib.
Turnirdə Azərbaycan təmsilçisi, pumse üzrə ölkə millisinin kapitanı Hüseyn Novruzov da iştirak edib. ATF-dən (Azərbaycan Taekvondo Federasiyası) verilən məlumata görə, qurumun nümayiş komandasının (Demo Təam) kapitanı olan Novruzov sözügedən turnirdə parlaq çıxış edərək qızıl medala sahib olub. O, bu yarışda nümayiş etdirdiyi yüksək pumse texnikası və akrobatik elementlərlə fərqlənərək bütün rəqiblərini qabaqlayıb.
Yeri gəlmişkən, Novruzov Azərbaycana böyüklər arasında keçirilən pumse yarışında ilk qızıl medal gətirən idmançı kimi tarix yazıb.
İNTİQAM Məmmədov


