Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

H9N2 quş qripi virusuna yoluxmanın ilk insan halı aşkar edilib

İtaliya Səhiyyə Nazirliyi Avropada H9N2 quş qripinə yoluxmanın ilk insan halını açıqlayıb.

Hadisə Lombardiyanın şimal bölgəsində qeydə alınıb.

İnfeksiyanın Avropadan kənarda, "yoluxmuş quş əti və ya çirklənmiş mühit və ya materiallarla birbaşa təmas nəticəsində" baş verdiyi bildirilir.

"Heyvan mənşəli aşağı patogenlikli quş qripi A(H9N2) virusu zəifləmiş və əsas sağlamlıq problemləri olan bir şəxsdə aşkar edilib. O, hazırda xəstəxanaya yerləşdirilib. Bütün zəruri testlər dərhal aparılıb və onunla təmasda olanlar standart profilaktik və epidemioloji tədbirlərin bir hissəsi olaraq müəyyən edilib. Hazırda heç bir ciddi problem aşkar edilməyib və vəziyyət nəzarət altındadır", - deyə açıqlamada bildirilir.

Həmçinin qeyd olunur ki, bu virusun insanlarda yaratdığı xəstəlik yüngüldür və əvvəllər insandan insana ötürülməsi barədə məlumat verilməyib.

Best coffeeshop in Berlin