Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da 20-ci turda kimlər qarşılaşacaqlar?

Kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm çempionatın ilkin təsnifat mərhələsinə 28-31 mart günlərində keçiriləcək 20-ci turla yekun vurulacaq və bununla da qruplar ("A" və "B") uzrə pley-offda mübarizəni davam etdirəcək komandalar bəlli olacaq. Reqlamentə görə son turdan sonra tərtib ediləcək yekun turnir cədvəlində hər qrupda ilk 4 yeri tutan komandalar pley-offda mübarizəni davam etdirəcəklər.
 

20-ci turda aşağıdakı oyunlar keçiriləcək:

28 mart. 

"Quba" - "Naxçıvan" (Quba OİK, saat 15:00);

"ORDU" - "Lənkəran" ("Sərhədçi" İM, saat 17:00);

"Sərhədi" - "Sumqayıt" ("Sərhədçi" İM,  saat 20:00);

 

29 mart.

"Şəki" - "Gəncə" (Şəki OİK, saat 14:00);

 

30 mart.

"Neftçi" - "NTD Baku" (Bakı İdman Sarayı, saat 19:00);

 

31 mart.

"Sabah" - "Abşeron Lions" (Bakı İdman Sarayı, saat 19:00).

 

Qeyd: Son turun nəticəsindən asılı olmayaraq "A" qrupundan "Sabah" və "Abşeron Lions", "B" qrupundan isə "ORDU" ilə "Naxçıvan" pley-offda iştirak etmək hüququ qazanıb.

19 turdan sonra qruplar üzrə turnir cədvəlində vəziyyət aşağıdakı kimidir:

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin