Taekvondoçularımız "BELGİAN OPEN-2026"dan 6 medalla qayıdıblar
21-22 mart günlərində Belçikanın Lommel şəhərində gənclər və böyüklər arasında taekvondo üzrə ənənəvi "BELGİAN OPEN-2026" beynəlxalq turnir keçirilib. İki gün davam edən turnirdə taekvondoçularımız 6 (1-0-5) medal qazanıblar. Bu medallardan 5-i (1-0-4) gənclərin, 1-i isə böyüklərin payına düşüb. Turnirin ilk günü gənclər, ikinci günü isə böyüklər dayanq üzərinə çıxıblar. Gənclərdən Nilufər Borci (49 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. Çıxışını üçüncü yerdə bitirən Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (45 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medalla kifayətlənib.
Böyük arasında isə yalnız Qaşım Maqomedov (65 kq) üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov


