Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-18 və U-21 cüdo yığmamız Masters turnirində birinci olub 

Almaniyanın Bremen şəhərində 18  (U-18) və 21 (U-21) yaşlı cüdoçular arasında keçirilən və Azərbaycan cüdoçuların da iştirak etdiyi Beynəlxalq Masters Turniri başa çatıb. ACF-dən (Azərbaycan Cüdo Federasiyası) verilən məlumata görə, ölkəmizin böyük heyətlə qatıldığı bu turnir hər iki komandamız üçün uğurlu olub. Həm 12 (3+2+7) medal qazanan U-21, həm də 15 (4+3+8) medal əldə edən U-18 millimiz turnirdə komanda hesabında birinci yeri tutub.

Turnirdə diqqətçəkən məqamlardan biri isə 21 yaşlıların yarışında 81 kq çəki dərəcəsində çıxış edən üç cüdoçumuzun eyni vaxtda fəxri kürsüyə qalxması olub. Bu çəkidə Cəsur İbadlı birinci, Roman Quliyevlə Mehdi Abbasov isə üçüncü yeri tutub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin