Ukrayna ordusu Rusiyadakı iki neft emalı zavoduna zərbələr endirib
Ukrayna Müdafiə Qüvvələri Leninqrad vilayətindəki Transneft-Primorsk Limanı neft terminalına və Rusiyanın Başqırdıstandakı Başneft-Ufaneftexim neft emalı zavoduna endirilən zərbələri təsdiqləyib.
Ukrayna mediasının məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Primorsk terminalında həm çən parkına, həm də neft yükləmə infrastrukturuna ziyan dəydiyi bildirilib. Obyektdə yanğın baş verdiyi təsdiqlənib. Bu liman vasitəsilə hər il təxminən 60 milyon ton neft daşınır.
Başneft-Ufaneftexim neft emalı zavoduna endirilən zərbə də təsdiqlənib və obyektdə yanğın baş verdiyi bildirilib. Baş Qərargah qeyd edib ki, neft emalı zavodu Rusiya silahlı qüvvələri üçün yanacaq təchizatı sistemində mühüm bir halqadır.
Onun ilkin neft emalı gücü ildə təxminən 6-8 milyon tondur. Neft emalı zavodu Ukrayna sərhədindən təxminən 1400 km məsafədə yerləşir.


