Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Olimpiya çempionumuz Tbilisi Dəbilqəsində üçüncü yeri tutub 

Gürcüstanın paytaxtı Tiflisdə kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turniri davam edir. Turnirin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, ikinci gün tatamiyə çıxan 4 təmsilçimizdən (2 kişi, 2 qadın) biri daha inamla güləşərək mükafatçılar sırasında yer alıb. Söhbət Olimpiya çempionu adını daşıyan Hidayət Heydərovdan (73 kq) gedir. Olimpiya çempionumuz çıxışını üçüncü yerdə başa vuraraq, bürünc medal qazanıb. 

Xatırladaq ki, turnirin start günü isə yığmamızın üzvü Turan Bayramov (66 kq) yalnız həlledici finalda büdrəyərək gümüş medala yiyələnib. 

Sabah turnirdə fərdi yarışlara 90, 100 və +100 kq kişilərin və 78, +78 kq qadınların çıxışı ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin