Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TuranBank 'Qlobal Pul Həftəsi' çərçivəsində
maliyyə savadlılığı təlimi təşkil edib

(FOTO=6)


Fəaliyyətində korporativ sosial məsuliyyət strategiyasına və cəmiyyətin maarifləndirilməsinə xüsusi önəm verən TuranBank ASC, 16–22 mart 2026-cı il tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" çərçivəsində əməkdaşlarının övladları üçün “Uşaqlar və pullar” adlı maliyyə savadlılığı təlimi təşkil edib.

Mövzusu "Puldan danışaq" ("Smart Money Talks") olan bu təlimin əsas məqsədi uşaqların və gənclərin yüksək keyfiyyətli maliyyə təhsilinə çıxışının təmin edilməsi, pul məsələləri haqqında məlumat əldə etmələri və gələcək maliyyə dayanıqlığını və maliyyə rifahını yaxşılaşdıra biləcək ağıllı maliyyə qərarları qəbul etmək bacarığına sahib olmalarıdır

İnteraktiv formatda keçən təlim zamanı iştirakçılara pulun yaranma tarixi, əsginaslar, şəxsi büdcənin formalaşdırılması, vəsaitlərin təhlükəsiz idarə olunması və maliyyə hədəflərinin düzgün müəyyənləşdirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin müasir bankçılığın əsas elementləri olan bank kartlarının növləri, onlardan təhlükəsiz istifadə qaydaları izah olunaraq, uşaqları maraqlandıran çoxsaylı suallar bank mütəxəssisləri tərəfindən cavablandırılıb. Təlim proqramının sonunda gələcəyin kiçik maliyyəçilərinə təlimdə iştiraklarını təsdiq edən rəsmi sertifikatlar təqdim edilib.

Qeyd edək ki,  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən təşkil olunan “Qlobal Pul Həftəsi” (www.globalmoneyweek.org) 2012-ci ildən bəri 176 ölkəni, 71 milyondan çox uşaq və gənci əhatə edib. TuranBank bundan sonra da ölkəmizdə gənc nəslin maliyyə biliklərinin yüksəldilməsi istiqamətində öz korporativ sosial məsuliyyət strategiyasına uyğun fəaliyyətini aktiv şəkildə davam etdirəcək.

Best coffeeshop in Berlin