Qətər iki İran attaşesini arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb
Qətər iki İran attaşesini personae non gratae elan edib.
Qətər iki İran attaşesini və onların tabeliyində olan şəxsləri personae non gratae elan edərək, onlara 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Bəyanatda deyilir: "İranın hərbi attaşesi və təhlükəsizlik attaşesi, eləcə də bütün tabeliyində olanlar persona non qrata elan edilib və növbəti 24 saat ərzində Qətər ərazisini tərk etməlidirlər".
Qeyd olunur ki, qərar "İranın beynəlxalq hüququ və mehriban qonşuluq prinsiplərini pozması fonunda" verilib.
Bu arada, ölkənin Müdafiə Nazirliyi Ras Laffan sənaye zonasına edilən zərbənin İrandan qaynaqlandığını təsdiqləyib. Daxili İşlər Nazirliyi xilasedicilərin zərbə nəticəsində orada baş verən yanğınla mübarizə apardığını bildirib.


