Yeniyetmə tennisçimiz Ələkbər Mirzəliyev Çexiyada gümüş medal qazanıb
Çexiyada 11 yaşlı (U-11) idmançılar arasında stolüstü tennis üzrə keçirilən və Azərbaycanın U-11 yiqmasinin üzvü Ələkbər Mirzəliyevin də qatıldığı "WTT Youth Contender" beynəlxalq turnir başa çatıb. ASTF-dən verilən məlumata görə, əməkdar məşqçi Ramil Cəfərovun rəhbərliyi altında həmin turnirdə iştirak edən 11 yaşlı tenniscimiz çıxışını ikinci yerdə başa vuraraq gümüş medal qazanıb.
Xatırladaq ki, bundan öncə isə Mirzəliyev Almaniyanın Berlin və Gürcüstanin Batumi şəhərində keçirilən analoji yarışlarda üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
İNTİQAM Məmmədov


