Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Novruz yarmarkası  təşkil edilib +FOTO=30

Baharın gəlişi və xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə martın 14-də Ağcabədi şəhərində ənənəvi kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən bu tədbir həm yerli istehsalçıların dəstəklənməsi, həm də əhalinin bayram bazarlığının daha səmərəli təşkili məqsədini daşıyır.

AZpress.AZ xəbər verir ki, yarmarkada rayonun müxtəlif kənd inzibati ərazi dairələrindən gələn fermerlər və fərdi təsərrüfat sahibləri öz məhsullarını birbaşa istehlakçılara təqdim ediblər. Satışa çıxarılan məhsullar arasında Novruz süfrələrinin bəzəyi olan çərəzlər, təzə ət və balıq məhsulları, təbii bal, eləcə də bağ-bostan bitkiləri üstünlük təşkil edib. Həmçinin yaz mövsümü ilə əlaqədar ting və meyvə ağaclarının satışı da bağbanların diqqətini çəkib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər yarmarkaya baş çəkərək satış prosesi ilə yaxından tanış olublar. Rayon rəhbərliyi məhsulların keyfiyyəti və qiymətlərin bazar qiymətlərindən daha aşağı olması ilə maraqlanıb, sakinlərlə həmsöhbət olublar.

Bayram alış-verişini rahat şəkildə həyata keçirən sakinlər, süni qiymət artımının qarşısının alınması və yaradılan bu şəraitə görə təşkilatçılara və sahibkarlara minnətdarlıqlarını bildiriblər.

Best coffeeshop in Berlin