Alkaras 1/2 finalda Medvedevlə üzləşəcək
ABŞ-də tennis üzrə keçirilən "İndian-Uells Open" turniri davam edir. Mükafat fondu 9.415.726 dollar təşkil edən və xard örtüklü açıq kortda keçirilən bu turnirdə dünən axşam saatlarında 1/4 final mərhələnin görüşləri keçirilib. Maraqlı görüşlərdən birində dünyanın 1 nömrəli raketka ustası olan ispaniyalı Karlos Alkaras reytinq cədvəlində 27-ci yeri tutan İngiltərəli Kemeron Norrinlə üzləşib. Görüş 22 yaşlı ispan tennisçinin qələbəsi ilə bitib - 6:3, 6:4.
O, yarımfinalda rusiyalı Daniil Medvedevlə üzləşəcək.
Yeri gəlmişkən, rusiyalı raketka ustası isə 1/4 finalda ingiltərəli Veka Dreyperi üstələyib - 6:1, 7;5.
İNTİQAM Məmmədov


