Güləşçilərimiz AÇ-yə 5 medalla başlayıblar
Serbiyanın Zrenyanin şəhərində 23 yaşlı (U-23) güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir. Çempionatın ikinci günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü döşək üzərinə çıxan 5 təmsilçimizin hamısı uqurla çıxış edərək, mükafatçılar sırasında yer aliblar. Qazanılan medallardan ikisi gümüş, üçü isə bürünc əyarlı olub.
Gümüşler yalnız həlledici finalda büdrəyən Vasif Baqirovla (57 kq) Səbuhi Əmiraslanovun (79 kq) aktivinə yazılıb. Cütlüyümüz müvafiq olaraq rusiyalı Ayanday Ondarla (3:7) İsmayıl Xaniyevə (0:11) uduzub.
Bürünc medalları isə Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) qazanıb.
Çempionatın ikinci günü mübarizəyə qatılan daha beş güləşçimizdənisə üçü finala yüksəlib. Triomuz bu gün həlledici görüşünə çıxacaq. Digər iki təmsilçimiz isə bürünc uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov


