İran İraq Kürdüstanında yerləşən ABŞ bazasına raket hücumu həyata keçirib
İslam İnqilabı Keşikçiləri Korpusu (İranın elit hərbi bölməsi olan İİKK) İraq Kürdüstanında ABŞ-nin idarə etdiyi Hərir hərbi bazasına raket zərbəsi endirib.
İİKK-nın mətbuat xidməti bu barədə məlumat verib.
İranın dövlət televiziyasının istinad etdiyi açıqlamada bazaya ümumilikdə beş raket atıldığı qeyd olunub.


