Qadın basketbol millimiz Bolqarıstanın qonağı olacaq
Martın 11-də qadın basketbolçular arasında EuroBasket Women-2027"-nin seçmə qrup oyunlarına start veriləcək. Qeyd edək ki, Bolqarıstan, Montoneqro və Ukrayna millisi ilə bir qrupda yer alan Azərbaycan komandası ilk matçını səfərdə bolqarlara qarşı keçirəcək. Görüş saat 21:00-də başlanacaq.
Millimiz növbəti matçını martın 14-də səfərdə Montoneqroya qarşı keçirəcək (saat 20:00).
Basketbolçularımız qrupda son matçını martın 17-də saat 19:00-da Bakı İdman Sarayında Ukraynaya qarşı keçirəcək.
İNTİQAM Məmmədov


