Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İngiltərədə futbol matçında faciə: Futbolçu oyun zamanı öldü

İngiltərədə "Oksford" və "Fulhem" qadın futbol akademiyalarının qarşılaşması zamanı dəhşətli hadisə yaşanıb.

Matçın gedişatında 15 yaşlı oyunçu Ameliya Eplin qəfildən huşunu itirərək dünyasını dəyişib.

Yeniyetmə futbolçuya dərhal ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək heç cür mümkün olmayıb.

"Klub Ameliyanın ailəsinə, oyunçulara, məşqçilərə və bu faciədən zərər görmüş bütün əməkdaşlara lazımi dəstəyi göstərəcək. Bu inanılmaz dərəcədə çətin dövrdə xahiş olunur ki, ailənin şəxsi həyatına və məxfiliyinə hörmətlə yanaşılsın", - deyə "Oksford" klubunun yaydığı rəsmi başsağlığı bəyanatında qeyd olunub.

Best coffeeshop in Berlin