Serbiyada keçirilən Avropa çempionatında Azərbaycan güləşçiləri mübarizəyə qoşulublar
23 yaşadək güləşçilər arasında Avropa çempionatı bu gün Serbiyanın Zrenyanində başlayır.
Yarışın ilk günündə Azərbaycanı beş sərbəst güləşçi təmsil edəcək.
Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Qeybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) mübarizə aparacaq.
23 yaşadək güləşçilər arasında Avropa çempionatı 15 mart tarixinə qədər davam edəcək.


