"Barselona" Almaniya millisinin hücumçusuna göz dikib
"Barselona" "Nyukasl Yunayted" və Almaniya millisinin hücumçusu Nik Voltemada ilə maraqlanır.
"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik hücumçunu transfer etməkdə maraqlıdır və idman direktoru Dekoya bu yay mümkün transferi həyata keçirməyi tapşırıb.
Potensial müqavilə "Barselona"ya 70 milyon avro ilə 90 milyon avro arasında (138,2 milyon 177,6 milyon manat) başa gələ bilər. Alman menecer Voltemadanı mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Robert Levandovskinin mümkün əvəzedicisi kimi görür.
Voltemada 2025-ci ildə "Ştutqart"dan "Nyukasl"a 75 milyon avroya (148 milyon manat) keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilin iyul ayına qədərdir.
Bu mövsüm 24 yaşlı hücumçu "Nyukasl"da bütün yarışlarda 42 oyun keçirib, 10 qol vurub və dörd məhsuldar ötürmə edib.


