Azərbaycan Voleybol Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək
Bu gün qadınlar və kişilər arasında Azərbaycan Voleybol Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək.
Gün Gəncə və UNEC qadın komandaları arasında oyunla açılacaq. Oyun Gəncə İdman Sarayında keçiriləcək və saat 14:00-da başlayacaq.
Daha sonra "Gənclər" Azərbaycan Voleybol Federasiyasının İdman Sarayında Milli Aviasiya Akademiyası ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
Kişilərin turnirində eyni vaxtda (saat 17:00) Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" arasında oyun keçiriləcək.
16-cı turun oyunlarına 6 martda yekun vurulacaq.


