“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasovadan Prezidentə TƏŞƏKKÜR
Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Bolqarıstanın Milli Bayramı münasibətilə təbriklərinizə görə təşəkkür edirik!
Bolqarıstan Prezidenti xanım İliyana Yotovaya təbrikiniz Azərbaycan və Bolqarıstan dövlətlər arası,
eləcə də Azərbaycan və Bolqar xalqları arasında dostluq və strateji münasibətlərin daha bir sübutudur!
Azərbaycandakı bolqar icması və Bolqarıstan xalqı adından, Sizin rəhbərliyiniz altında Azərbaycanın
həyata keçirdiyi multikultural siyasətə görə səmimi minnətdarlığımızı bildiririk!
Sizə möhkəm cansağlığı, beynəlxalq siyasətinizdə davamlı uğurlar, sülh və əmin-amanlıq arzulayırıq!
Hörmətlə,
“Azərbaycan-Bolqarıstan Dostluğunun
İnkişafına Yardım” ictimai birliyinin
Sədri Hüseynova M.P.


