Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edildi (FOTO=20)

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın himayəsi altında mərkəzdə Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin tələbələrinin iştirakı ilə Beynəlxalq Qadınlar Günü qeyd edildi.

AZpress.AZ xəbər verir ki,qQadınlara hörmət və minnətdarlıq əlaməti olaraq təşkil olunan tədbirin açılışını edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Prof.Dr. Tarek Aboul Fotouh qadınların cəmiyyətdəki rolundan, sosial- iqtisadi və mədəniyyət sahəsindəki əhəmiyyətindən danışdı.

Daha sonra çıxış edən tələbələr bütün qadınlara və onlara dəstək olan müəllimlərinə minnətdarlıqlarını bildirdilər.

Son olaraq çıxış edən mərkəzin Ərəb dili müəllimi Alaa Musa qadınların cəmiyyətdəki rolunun əhəmiyyətindən danışdı.

Best coffeeshop in Berlin