“Qənnadıçı-Şirniyyatçı” kurslarında müdavimlərin əməli və nəzəri buraxılış imtahanları keçirilib
27.02.2026-ci il tarixində Bərdə şəhərində Dövlət Məşğulluq Agentliyinin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzinin Azərbacan Milli Kulinariya Assosiyasında (AMKA) təşkil etdiyi “Qənnadıçı-Şirniyyatçı”kurslarında müdavimlərin əməli və nəzəri buraxılış imtahanları keçirildi.
Dərsləri dünya AMKA - nın üzvü , Peşəkar və təcrübəli qənnadıçı, iki ali ixtisas təhsilinə malik, Asim Zeynalov aparıb.
Əməli təcrübəni isə müdavimlər məşhur “Gül Şirniyyat Evi”ndə keçiblər.
İmtahanlardan başqa bu gün müdavimlərin hazırlığına zəhməti olan şəxslərə və “Gül Şirniyyat Evi”nə AMKA-nın diplomları təqdim edildi .
Daimi olaraq imtahan komissiyasıyasının üzvü, Tərtər Peşə Məktəbinin müəlliməsi dəyərli Nərgiz xanım Mürsəlzadəyə AMKA-nın Üzvlük vəsiqəsi təqdim edildi.
Kurslar ictimai iaşə müəssisələri, restoran biznesi üçün standart distur(resept) məcmuələri ilə tam təmin edilmişdir. Peşəkar kitablar və tədris kitabları müdavimlərin istifadəsinə verilmişdir. Mərkəz ən müasir peşəkar avadanıqlar quraşdırılmış siniflərlə təmin edilmişdir.
Film və slaydlar üçün ayrıca avadanlıqlar quraşdırılmışdır.


