Azərbaycan Kuboku: 1/4 finalın ikinci oyunları başlayır
Azərbaycan Kubokunun dörddəbir finalının cavab oyunları bu gün başlayır.
"Zirə" "Sumqayıt"ı qəbul edəcək.
Zirə Olimpiya İdman Kompleksi Stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk oyun qolsuz heç-heçə ilə başa çatmışdı.
Azərbaycan Kuboku
Dörddəbir final
Saat 19:00 "Zirə" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
VAR: Asiman Əzizli
Zirə Olimpiya İdman Kompleksi Stadionu
Bu gün yarımfinala yüksələn komanda "Turan Tovuz" - "Kəpəz" matçının qalibi ilə qarşılaşacaq.


