Müasir İncəsənət Mərkəzi Qalereyasında “Palitramda Açan Güllər” rəsm sərgisi baş tutdu +FOTO=21
2 mart 2026-cı il tarixində Sattar Art Qalereyanın təşkilatçılığı ilə “Palitramda Açan Güllər” rəsm sərgisi Müasir İncəsənət Mərkəzi Qalereyasında uğurla baş tutdu.
AZpress.AZ xəbər verir ki, sərginin açılış mərasimini Xalq rəssamı, akademik, professor, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağali İbrahimov açıq elan etdi.
Sərgidə 30 rəssamın əsəri nümayiş olundu. Güllər mövzusuna fərqli və dərin yanaşmalar sərgiyə xüsusi estetik ab-hava qatdı, rəng harmoniyası və zəngin kompozisiyalarla yüksək səviyyəli işlər təqdim olundu.
Sərginin kuratoru, Sattar Art Qalereyanın qurucusu Şəms Səttarzadə bildirib ki, güllər sənətdə ən ilhamverici mövzulardandır və Azərbaycan təbiətinin zəngin çiçək müxtəlifliyi rəssamlar üçün geniş yaradıcılıq imkanları yaradır.
Sərgi İştirakçılarının fikirləri:
Banu İsmayılzadə:
Sərgi iştirakçılarından 14 yaşlı rəssam Banu İsmayılzadə isə qeyd edib ki, sərgi onun üçün unudulmaz xatirə və böyük motivasiya olub. O, güllər mövzusunda işləməyi xüsusi zövq hesab edir və yaxın aylarda Azərbaycanı Dubay sərgisində təmsil edəcəyini bildirib. Bu onun İlk beynəlxalq təcrübəsi deil.
Fuad Musayev:
Bir rəssam üçün Əsərinin sərgi salonunun divarında asılması, adı ilə təqdim olunması bir rəssam üçün böyük motivasiyadır.
Sərgi bir rəssamın yolunda sadəcə bir dayanacaq deyil — bu, onun sənət yolçuluğunun mühüm mərhələsidir. Orada qazandığı hər hiss, hər baxış, hər söz onun gələcək yaradıcılığına təsir edir.Lalə Əhmədova:
Sərgi iştirakçılarından Lalə Əhmədova bildirib ki, “Palitramda Açan Güllər” onun üçün maraqlı və ilhamverici təcrübə oldu. O qeyd edib ki, güllər mövzusu rəssama həm rənglərlə sərbəst işləmək, həm də hisslərini incə və estetik formada ifadə etmək imkanı yaradır.
Əli Qafarlı:
Sərgidə Əli Qafarlı da özünəməxsus və peşəkar texnikası ilə işlədiyi əsərlə iştirak edib. Onun işi fərqli icra tərzi və incə detal həlli ilə tamaşaçıların marağına səbəb olub, sərginin ümumi estetik xəttinə güclü töhfə verib.
Könül Ələskərova:
Bu gün Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə tələbələrimlə birlikdə iştirak etdik. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və gənc istedadların potensialını nümayiş etdirməsi baxımından çox dəyərli idi. Xüsusilə rəssam Ağəli İbrahimovun fikirləri sərgiyə xüsusi önəm qatdı. Bu cür mühit tələbələr üçün böyük motivasiya və təcrübədir. Təşkilatçılara təşəkkür edirəm.
Leyla İsayeva:
Belə bir sərgidə iştirak edib bacarıqlarımı təqdim etməkdən çox məmnun oldum. Ağali İbrahimovun dəstək sözləri və işlərimi yüksək qiymətləndirməsi mənə böyük stimul verdi. “Səndə istedad var, dayanma!” fikri yaddaşıma həkk olundu və məni daha da ruhlandırdı. Tədbirdən unudulmaz və xoş təəssüratlarla ayrıldım.
Abdulla Aslanov:
Bu sərgidə gülləri sadəcə estetik obyekt kimi deyil, müəyyən bir fikri və daxili mesajı ötürmək vasitəsi kimi təqdim etdim. Mənim üçün gül yalnız forma və rəng deyil, düşüncəni ifadə edən simvoldur. Çəkdiyim rəsimlər dünyanın beynimə olan təsirin nəticəsidir. Surrealistik yanaşma ilə reallıqın iç üzünü göstərərək tamaşaçını daha dərin məna axtarışına dəvət etmək istədim.
Fotolar: Elnarə Əhmədova


