Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İrandan bir qrup Rusiya vətəndaşı təxliyə edilib

İrandan Azərbaycana daha bir qrup Rusiya vətəndaşı təxliyə edilib.

Müvafiq prosedurlara əməl olunmaqla təxminən 15 Rusiya vətəndaşı Astara sərhəd keçid məntəqəsindən təxliyə edilərək təhlükəsiz şəkildə ölkəyə daxil olub.

Bundan əlavə, səhər saatlarından etibarən 10 Azərbaycan vətəndaşı, beş Çin vətəndaşı, dörd Tacikistan vətəndaşı və təxminən 20 Pakistan vətəndaşı təxliyə edilib.

Sərhəd keçid məntəqəsində sənədlərin yoxlanılması və qeydiyyatı başa çatdıqdan sonra təxliyə olunanlar xüsusi avtobuslarla təyinat yerlərinə aparılıblar.

Təxliyə olunanlar onlara göstərilən diqqət, qayğı və qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını bildiriblər.

Best coffeeshop in Berlin