Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" - "Sabah" matçı mövsümün tamaşaçı rekordunu qırdı

Misli Premyer Liqasının 22-ci turunda keçirilən "Qarabağ" - "Sabah" matçında bu mövsüm rekord sayda azarkeş olub.

Oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda tribunadan 10.361 azarkeş izləyib.

Bu, cari çempionat mövsümündə ən yüksək tamaşaçı sayıdır. Əvvəlki rekord 12-ci turda Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qeydə alınıb: "Sumqayıt" - "Qarabağ" matçını (2-4) 9.100 tamaşaçı izləyib.

"Qarabağ" - "Sabah" matçı 3-3 hesablı heç-heçə ilə başa çatıb.

Best coffeeshop in Berlin