Bilalhəbaşi Nəzərov "Strandja"da finala yüksəlib, Malik Həsənovsa ...
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan boksçuların da iştirak etdiyi "Strandja" beynəlxalq turnir artıq finişə yaxınlaşıb. Fevralın 28-də turnirdə yarımfinal döyüşləri keçirilib. Bu mərhələdə iki boksçumuz rinqə çıxaraq finala çıxmaq üçün döyüşüb. Təəssüflər olsun ki, cütlüyümuzdən yalnız biri qələbə qazanaraq, finala yüksəlib. Digər isə finala çıxışda büdrəyərek çıxışını üçüncü yerdə başa vuraraq bürünc medalla kifayətlənib.
ABF-dən verilən məlumata görə, finala yüksələn Bilalhəbaşi Nəzərov (50 kq) olub. O, finala çıxışda ukraynalı Siyovuş Məmmədiyevi məqlub edib - 5:0. Nəzərov martın 1-də həlledici finalda qazaxıstanlı Daniyal Sabitlə qarşılaşacaq.
Finala çıxışda büdrəyərək üçüncü yeri tutansa Malik Həsənov (65 kq) olub. O, braziliyalı Yuri Falcao ilə bacarmayıb.
İNTİQAM Məmmədov


