Cüdoçumuz Ömər Rəcəbli "Böyük Dəbilqə"nin qalibi olub
Özbəkistanin paytaxtı Daşkənddə kişi və qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turniri davam edir. Turnirin ilk günü olduğu ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. ACF-dən verilən məlumata görə, 81 kq-da tatamiyə çıxan cüdoçumuz Ömər Rəcəbli bütün görüşlərini qələbə ilə başa vuraraq, karyerasında ilk dəfə olaraq "Böyük Dəbilqə"nin qalibi olub. Qeyd edək ki, 22 yaşlı cüdoçumuz zirvəyə gedən yolda keçirdiyi 5 görüşün 4-də rəqibini saxlama (ne-vaza osaekomi) fəndi ilə məğlub edib. Yeri gəlmişkən, startda Rumıniya, ardından Tacikistan, Yaponiya və Özbəkistan təmsilçisini məğlub edən Rəcəbli həlledici finalda isə rusiyalı Abdul-Kerim Tasuyevi üstələyib.
Bununla da Azərbaycan millisinin aktivindəki medalların sayı 3-ə (2-1-0) çatıb və bu nəticə ilə medal sıralamasında 39 komanda arasında ikinci yerdədir.
Xatırladaq ki, turnirin ilk günü 60 kq çəkidə baş tutan Azərbaycan finalında qalib gələn Əhməd Yusifov qızıl medal qazanıb. Finalda öz komanda yoldaşına uduzan Balabəy Ağayev isə gümüş medalla kifayətlənib.
İNTİQAM Məmmədov


