Yeniyetmə qız boksçuların ölkə çempionatı başa çatıb
Bakı Boks Mərkəzində 17 yaşlı (U-17) qızlar arasında boks üzrə keçirilən Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, iştirakçılar 9 çəki dərəcəsində mübarizə aparıblar. Çempion adını aşağıdakı boksçular qazanıblar:
Nigar Babazadə (44 kq, RKİM), Aysel Fərəcova (46 kq, RİM-1), Aydan İsmayıllı (48 kq, Neftçi İK), Leyla Mahmudlu (50 kq, AzSport BK), Alsu Cəfərova (52 kq, FİN İK), Cəmilə Məmmədli (57 kq, Sumqayıt), Duyqu Əliyeva (63 kq, Roman İK), Fidan Bakarova (66 kq, Sumqayıt) və Xumar Cəfərli (80 kq, Şabran).
İNTİQAM Məmmədov


