Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Malik Həsənov da "Strandja" da 1/4-ə yüksəlib 

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı beynəlxalq "Strandja" Kuboku -2026 davam edir. Dünən turnirdə daha bir təmsilçimiz 1/8 final mərhələsini uğurla başa çatdıraraq adını 1/4 finala yazdırıb. Söhbət gürcüstanlı Laşa Qaqnidze üzərində 5:0 hesablı qələbə qazanan Malik Həsənovdan (65 kq) gedir. O, 1/4 finalda isə Qazaxıstan təmsilçisi Yertuqan Zeynulonovla qarşılaşacaq.

Xatırladaq ki, Həsənovdan öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəlı Aşurəliyev (60 kq) 1/4 finala yüksəlib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin