Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çempionlar Liqasının 1/8 final cütlükləri sabah müəyyənləşəcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması cümə günü UEFA-nın qərargahında keçiriləcək. Bu gün başa çatan pley-off mərhələsində turnirin əsas mərhələsindəki bütün komandalar müəyyənləşib və onlar reqlamentə uyğun olaraq sıralanıblar.

Tam pley-offun ilk mərhələsində pley-off qalibləri və ümumi cədvəldə ən yüksək yeri tutan səkkiz sıralanmış komanda iştirak edəcək. Sabahkı püşkatmada cütlüklər müəyyənləşəcək.

1/8 finalda mümkün qarşılaşmalar:

PSJ və Nyukasl Barselona və ya Çelsi ilə qarşılaşacaq;

Qalatasaray və Atletiko Liverpul və ya Tottenhemlə qarşılaşacaq;

Real Madrid və Bodø-Glimt Sporting və ya Manchester City ilə qarşılaşacaq;

Atalanta və Bayer Leverkusen dörddəbir finala vəsiqə uğrunda Arsenal və ya Bayern Münhenlə qarşılaşacaq;

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu mərhələnin ilk oyunları 2026-cı il martın 10-11-də və 17-18-də keçiriləcək. Avropanın ən yaxşı klub yarışmasının finalı mayın 30-da Budapeştdəki Puskas Arenada keçiriləcək.

Best coffeeshop in Berlin