Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Turan" evdə UNEC-i rəzil edib

Qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 14-cü turun oyunları davam edir. Bu gün Tovuzdakı OİK-də yerli "Turan"la UNEC qarşılaşıb. Görüş ev sahibinin quru hesablı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:10, 25:18, 25:14).

Dünən isə hesabat turu çərçivəsində daha iki oyun keçirilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan oyunlardan birində "Abşeron" klubu "AZERRAİL"-i tay-brekdə məğlub edib - 3:2 (19:25, 22:25, 25:11, 25:23, 16:14).

Eyni məkanda baş tutan digər oyunda isə "DH Volley" nominal ev sahibi olan "Gənclər" üzərində qələbə qazanıb - 0:3 (10:25, 11:25, 10:25).

Bu gün daha bir oyun "Murov Az Terminal" idman zalında eyniadlı klubla "Milli Aviasiya Akademiyası" arasında olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin