Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhriyar Məmmədyarov finala yüksəlib

"Landmark" Biznes Mərkəzində kişi və qadınlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatı artıq finişə yaxınlaşıb. Bu gün kişilər arasında keçirilən yarışın yarımfinal mərhələsinin tay-brek qarşılaşmasından sonra daha bir finalçı müəyyənləşib. Söhbət yarımfinal mərhələsində ilk iki oyunu Aydın Süleymanlı (2628) ilə heç-heçə oynadiqdan sonra mübarizəni tay-brekdə davam etdirən və sonda 3,5:2,5 hesabla qalib gələn Şəhriyar Məmmədyarovdan (2727) gedir. 

Bununla da həm kişilərin, həm də qadınların çempionatında finalçılar müəyyənləşib.

Fevralın 20-də baş tutacaq finallara gəlincə, kişilərin finalında reytinq göstəricilərinə görə Azərbaycanda bir nömrə olan Şəhriyar Məmmədyarov (2727) Məhəmməd Muradlı (2581) ilə, qadınların finalında isə Avropa çempionu adını daşıyan və yarışın reytinq favoriti olan Ülviyyə Fətəliyeva (2434) Ayan Allahverdiyeva (2196) ilə üzləşəcək.

Üçüncü yer uğrunda görüşdə isə kisilərdə Aydın Süleymanlı (2628) Read Səmədovla (2510), qadınlarda isə Türkan Məmmədyarova (2216) Gülnar Məmmədova (2330) ilə üzləşəcək. Görüşlər hər gün saat 15:00-da başlanacaq.

Qaydalara görə, tərəflər iki klassik partiyada qarşılaşacaqlar. İki oyunda qalib aşkar edilməzsə, onda mübarizə tay-brekdə davam edəcək.

Mükafatlandırmaya gəlincə, kişilərin yarışında mükafat fondu 62.000, qadınlarda isə 30.000 təşkil edir.

Kişilərin yarışında 1-4-cü yerin sahibləri müvafiq olaraq 20.000, 10.000, 6.000 və 4.000 manat, qadınlarda 12.000, 7.200, 40.00 və 2.000 manat pul qazanacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin