Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların ne-vaza üzrə federasiya kuboku keçirilib

Fevralın 16-da Xırdalandakı "Abşeron" Olimpiya İdman Kompleksində böyüklər arasında cüdonun ne-vaza növü üzrə Azərbaycan Cüdo Federasiyasının Kuboku uqrunda turnir keçirilib. Birgünlük yarışda 33 idman klubu və idman cəmiyyətini təmsil edən 157 tatami ustası (137 kişi, 20 qadın) 11 çəki dərəcəsində (11 dəst medal uğrunda) mübarizə aparıb. Qadınlar 4 (48, 52, 57 və 63 kq), kişilər isə 7 (60, 66, 73, 81, 90, 100 və +100 kq) çəkidə özlərini sınayıblar.

Komanda hesabında "Judo Club 2012" komandası 9 (2-4-3) medal, bir 5-ci və bir 7-ci yerlə bütün rəqiblərin geridə qoyaraq, fəxri kürsünün ən yüksək mərhələsinə yüksəlib. İkinci yeri 4 (2-1-1) medalla "Azəri-Cüdo İKİB" klubunun tutduğu bu yarışda ilk üçlüyü isə bir dəst (1-1-1) medalla "Neftçi" İK tamamlayıb.

Qalib komandanın heyətində qadınlarda Leyla Əliyeva (52 kq, "Judo Club 2012"), kişilərdənsə Musaxan Gülməmmədov (73 kq, "Cüdo Klub 2012") bütün görüşlərini qələbə ilə başa vuraraq, çempion adını qazanıb.

Digər çəkilərə gəlincə, qadınlar arasında Nərgiz Əhmədova (48 kq, Champion-74), Şəfiqə Əhmədova (57 kq, "Neftçi " İK) və  

 Aydan Bağırova (63 kq, "Azəri-Cudo" İKİB), kişilərdən isə Murad Əliyev (60 kq, MOİK), Elşən Əhmədov (66 kq, "Atilla" İK), Asim Qulamzadə (81 kq, "Aydan Gənclər" İK), Rəsul Quliyev (90 kq, "Azəri-Cudo" İKİB),  Nihad Şıxəlizadə (100 kq, FHN İSK) və Camal Feyziyev (+100 kq, "Sərhədçi" İM) ölkə çempionu adını qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin