Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mourinyo "Real Madrid"i Çempionlar Liqasından kənarlaşdırmaq istəyir

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində "Real Madrid"lə qarşılaşacaqları oyundan əvvəl danışıb.

Portuqaliyalı məşqçi Madridi məğlub edəcəyini gözlədiyini, lakin onlara daxili liqada uğurlar arzuladığını etiraf edib.

"Mən həqiqətən də "Real Madrid"i Çempionlar Liqasından çıxarmaq, daha sonra isə Arbeloanın İspaniya liqasını qazanmasını və daha çox şeyə nail olmasını istərdim. O, əla oğlandır və buna layiqdir", - deyə Mourinyo bildirib.

"Benfika" ilə "Real Madrid" arasında ilk oyun 17 fevralda Lissabonda keçiriləcək. Daha əvvəl, yanvarın sonunda Lissabon klubu evdə Madrid klubunu 4-2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanmışdı və qapıçı Anatoli Trubin qələbə qolunu vurmuşdu.

Best coffeeshop in Berlin