"ORDU" 3 tur öncədən "B" qrupunda çempionluğu özünə təmin edib
11-14 fevral aralığında kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci turun oyunları keçirilib.
Turun son günündə iki oyun keçirilib. Maraqlıdır ki, "A" qrupunda baş tutan hər iki oyunda qonaq komanda qalıb gəlib. "Sabah" "NTD Baku" ilə səfər matçında qalıb gələrək liderlik mövqeyini qoruyub - 87:109. Digər oyunda isə "Neftçi" səfərdə "Şəki" ni üstələyib - 77:93.
"A" qrupunda keçirilən daha bir oyunda isə "Abşeron Lions" Gəncədə eyniadlı komandanı məğlub edib - 71:81.
"B" qrupunda isə aşağıdakı nəticələr qeydə alınıb:
"ORDU" - "Quba" - 98:87;
"Sumqayıt" - "Naxçıvan" - 107:110;
"Lənkəran" - "Sərhədçi" - 69:83.
Yeri gəlmişkən, müntəzəm çempionatın ilkin mərhələsinin bitməsinə 3 tur qalmış "ORDU" klubu yer aldığı qrupda çempionluğu özünə təmin edib.
İNTİQAM Məmmədov


