Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qız boksçuların ölkə çempionatı başa çatıb

Bakı Boks Mərkəzində 19 yaşlı (U-19) yeniyetmə oğlan və qızlar arasında keçirilən boks üzrə Azərbaycan çempionatında qızların yarışına 14 fevral günü baş tutan 5 final görüşü ilə yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, həlledici final da daxil olmaqla, bütün döyüşlərini qələbə ilə başa vuran Banuçiçək Nəsirli (48 kq, Neftçi İK), Əminə Taqi (51 kq, DİN İK), Zəhra Məmmədova (54 kq, RİM- 1), Aynur İsmayılova (60 kq, Sumqayıt) və Dəniz Babayeva (70 kq, Şabran) Azərbaycan çempionu olub. Çıxışını üçüncü yerdə bitirənlersə bürünc medala layiq görülüblər.

Bu gün oqlanların yarışında isə yarımfinal döyüşləri keçirilib və bununla sabah həlledici döyüşünə çıxacaq finalçılar müəyyənləşib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin