Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Best coffeeshop in Berlin