Bakıda “Avropanın meydanları” adlı fotosərgi açılıb +FOTO=39
Altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Arts Council Azerbaijan” tərəfindən birgə təşkil edilən, habelə Aİ üzv dövlətlərinin səfirliklərinin dəstəyi ilə keçirilən “Avropanın meydanları” adlı fotosərginin rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxışında sərginin Avropa şəhərlərinin tanınmış və az tanınan meydanlarını bir araya gətirdiyini, onların tarixini, memarlıq nümunələrini və sosial əhəmiyyətini əks etdirdiyini vurğulayıb. Səfir layihənin Avropanın şəhər irsinin zənginliyini və müxtəlifliyini nümayiş etdirdiyini və rəmzi olaraq Azərbaycanda elan olunan “Şəhərsalma və Memarlıq İli”ndə baş tutduğunu qeyd edib.
“Arts Council Azerbaijan”ın rəhbəri və festivalın kuratoru Dadaş Məmmədov açılış mərasimində çıxış edərək bildirib ki, “FantazEU” tədbiri artıq altıncı ildir keçirilir və Azərbaycan ilə Avropa İttifaqı arasında mədəni dialoq üçün mühüm platformaya çevrilib. O, festivalın beynəlxalq tərəfdaşları bir araya gətirən davamlı mədəni təşəbbüs kimi əhəmiyyətini vurğulayıb, həmçinin Avropa İttifaqına, Aİ-yə üzv dövlətlərin səfirliklərinə əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirib.
Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İsveç və Azərbaycan səfirlikləri tərəfindən təqdim edilən fotoşəkillər nümayiş olunur. Fotosərgi meydanların ictimai həyat, tarixi yaddaş və sosial qarşılıqlı əlaqə mərkəzləri kimi rolunu əks etdirir.
“Avropanın meydanları” fotosərgisi “Crescent Mall”da nümayiş olunur və fevralın 13-nə qədər davam edəcək.
Fotolar: Rüstəm Fərman
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99477 737 75 76


