Azərbaycanda uşaq hüquqları ilə bağlı məlumat bazası yaradılacaq
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi Azərbaycan Milli Məclisinin iclasında baxılmaq üçün təqdim edilib.
Sənəd 8 fəsil və 63 maddədən ibarətdir. Layihədə uşaq hüquqlarının həyata keçirilməsi ilə bağlı məlumat bazasının yaradılması tələb olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


