Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi şahmatçıların ölkə çempionatı davam edir

Kişi şahmatçılar arasında keçirilən seçmə xarakterli Azərbaycan çempionatında 1/16 final mərhələnin ilk iki partiyası başa çatıb. İlk iki oyunun ümumi nəticəsinə görə qalib gələn şahmatçılar adlarını 1/8 finala yazdırıblar. 

Murad İbrahimli, Əhməd Əhmədzadə, Vüqar Rəsulov, Aydın Süleymanlı, Eltac Səfərli, Şiroqlan Talıbov, Məhəmməd Muradlı və Read Səmədov ilk iki oyunun ümumi nəticəsinə görə qalib gələrək adını 1/8 finala yazdırıb.

İlk iki oyunun nəticəsi heç-heçə ilə bitən cütlər isə mübarizəni bu gün  tay-brekdə davam edəcəklər.

Tay-brekdə aşağıdakı cütlər qarşılaşacaqlar:

Nicat Abbasov - Şəmsi Qaraxanlı, 

Ümid Aslanov - Xaqan Əhmədov,

Rəhim Qasımov - Məhəmməd Zülfüqarli,

Kamal Aqasiyev - Fərhad Tahirov,

Xəzər Babazadə - Rəvan Əliyev,

Misrətdin İsgəndərov - Paşam Əlizadə.

Çempionata fevralın 22-də yekun vurulacaq. Qadınlar isə 1/8 finaldan mübarizəyə başlasalar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin