Gənc boksçuların ölkə çempionatı başlayıb
Fevralın 9-da Bakı Boks Mərkəzində 19 yaşlı (U-19) gənc boksçuların seçmə xarakterli Azərbaycan çempionatına start verilib. ABF-dən verilən məlumata görə, fevralın 15-dək davam edəcək bu çempionatın ilk günü 5 çəki dərəcəsində 41 döyüş keçirilib. Çempionatın ikinci günü isə daha 45 döyüş keçiriləcək. Döyüşlər hər gün saat 12:00-da başlayır.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan boksçu ölkə yığma komandasının heyətinə cəlb ediləcək.
İNTİQAM Məmmədov


