Qadın güləşçimiz Zəhra Kərimzadə
Xorvatiyanın paytaxtı Zaqrebdə qadın güləşçilər arasında ilin ilk reytinq xarakterli beynəlxalq turniri olan "Zaqreb Open-2026" keçirilib. Turnirə qatılan 7 təmsilçimizdən ucu - Zəhra Kərimzadə (72 kq), Jalə Əliyeva (57 kq) və Nərgiz Səmədova (53 kq) son gündə döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Triomuzdan yalnız Zəhra Kərimzadə mükafatçılar sırasında yer ala bilib. Qeyd edək ki, 1/4 finalda türkiyəli Bose Tosuna (0:2) məğlub olan Zəhra bunun ardından bürünc medal uğrunda görüşdə yaponiyalı Mahiro Yoşıtakini üstələyib - 4:1.
Təəssüflər olsun ki, triomuza daxil olan Jalə Əliyeva (57 kq) elə startdaca Braziliya təmsilçisi Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən dayandırıb.
Digər təmsilçimiz - Nərgiz Səmədovaya (53 kq) gəlincə, o, təsnifat mərhələsində polşalı Roksana Marta Zasinaya, təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya uduzub - 1:13.
Beləliklə, turnirə 7 idmançı ilə qatılan Azərbaycan yığması çıxışını cəmi bir bürünc medalla başa vurub.
İNTİQAM Məmmədov


