Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Balabəy Ağayev Fransada birinci olub

Fransanın paytaxtı Parisdə startı verilən cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. ACF-dən verilən məlumata görə, turnirin start günü tatamiyə çıxan cudocularimizdan biri qızıl, biri isə bürünc medal qazanıb.

Qızıl medalı 60 kq çəkidə çıxış edən Balabəy Ağayev qazanıb. O, finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edib. Bununla da Balabəy karyerasında üçüncü dəfə bu turnirin qalibi olub.

Bürünc medal isə Ruslan Paşayevin (66 kq) aktivinə yazılıb. Paşayev üçüncü yer uğrunda görüşdə italiyalı Valerio Akkolini üstələyib.

Fevralın 8-də isə daha 5 cüdoçumuz mübarizəyə qatılacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin