Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Təqsirləndirilən şəxsə qarşı hökm Bakı Hərbi Məhkəməsində davam edən Ermənistan vətəndaşlarının məhkəməsində oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Arayik Arutyunyana ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, dövlət ittihamını dəstəkləyən prokurorlar da ömürlük həbs cəzası təklif ediblər.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülhə və insanlığa qarşı cinayətlər törətməkdə; təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və adətlərinin pozulması da daxil olmaqla müharibə cinayətləri, terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi, hakimiyyətin zorla saxlanması və çoxsaylı digər cinayətlərdə ittiham olunan Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi hökmün elan edilməsi ilə davam edir.

Best coffeeshop in Berlin