Gəncədə gənc güləşçilərin ölkə çempionatı başlayıb
Fevralın 3-də Gəncə Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) gənclər arasında idman güləşi üzrə seçmə xarakterli Azərbaycan çempionatına yunan-Romavilarin çıxışı ilə start verilib. AGF-dən verilən məlumata görə, "May Group" və "Azer Group" şirkətinin baş sponsorluğu ilə keçirilən bu çempionatının ilk günü çəkisi 55, 63, 72, 82 və 97 kq çəkidə olan klassiklər döşək üzərinə çıxıb. Günün sonunadək bu çəkilərdə finalçılar müəyyənləşib. Fevralın 4-də isə bu çəkilərdə final görüşləri keçiriləcək və ölkə çempionları müəyyənləşəcək. Fevralın 7-də sərbəst güləşçilərin son final görüşləri ilə U-20 çempionatına yekun vurulacaq. Bunun ardından meydan U-15 və U-17 qızların ixtiyarına veriləcək.
İNTİQAM Məmmədov


