Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Binəqədi Gənclər Evində Xalq rəssamı Ömər Eldarov ilə İmza saatı keçirilib

Binəqədi Gənclər Evin sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində akademik, Xalq rəssamı və dünya şöhrətli heykəltaraş Ömər Eldarov ilə İmza saatı təşkil olunub.
Tədbirin məqsədi gənclərin incəsənətə, memarlıq və şəhərsalma mədəniyyətinə marağının artırılması, milli mədəni irsin təbliği, eyni zamanda heykəltaraşlıq sənətinin incəliklərinin gənclərə çatdırılması olub.
Görüş zamanı Ömər Eldarov monumental heykəltaraşlıq sahəsində yaratdığı unikal əsərlərdən, ideyadan formaya gedən yaradıcılıq prosesindən, heykəltaraşlıq sənətində konseptin, formanın və estetik detalların rolundan ətraflı bəhs edib. Sənətkar Ümummilli Lider Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Natəvan, Məhəmməd Füzuli, Hüseyn Cavid, Lütfi Zadə və digər görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş abidə və heykəllər üzərindəki zəngin yaradıcılıq təcrübəsini gənclərlə bölüşüb. Gənclər sənətkarın çıxışını maraqla dinləyib, mövzu ilə bağlı suallar ünvanlayaraq biliklərini artırıblar.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsinin gənclərin şəhərsalma, memarlıq və incəsənət sahələrinə marağının artırılmasında mühüm rol oynadığını qeyd edib. O, Ömər Eldarovun Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələri yüksək qiymətləndirərək, bu cür görüşlərin gənclərin estetik zövqünün və yaradıcılıq potensialının inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova çıxışında tədbirin gənclərin mədəniyyət və incəsənət sahəsində maariflənməsinə, milli-mənəvi irsimizin qorunması və təbliğinə xidmət etdiyini bildirib. O, Ömər Eldarova gənclərlə görüşdəki səmimi münasibətinə, zəngin yaradıcılıq təcrübəsini bölüşdüyünə və gənclərə ilham verdiyinə görə təşəkkürünü ifadə edib.
Tədbirin sonunda Xalq rəssamı Ömər Eldarov gənclərlə xatirə fotoları çəkdirib və iştirakçılar üçün imzalar təqdim edib.

Best coffeeshop in Berlin